EN

Rektor: Bu il daha çox tələbənin Qarabağ Universitetini seçəcəyinə ümid edirik

Bu il daha çox tələbənin Qarabağ Universitetini seçəcəyinə ümid edirik.

Herbiand.az xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov Laçında keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfransda deyib.

Rektor bildirib ki, yeni tədris ili ilə bağlı hazırda qəbul imtahanının nəticələrini gözləyirlər: "Ötən tədris ilində universitetə 1269 tələbə qəbul olunub. 6 fakültə, 19 ixtisas üzrə tələbələr təhsil alırlar. Universitet olaraq məsuliyyətimizi başa düşürük. Biz istəyirik ki, tələbələrimiz Qarabağda oxumağın məsuliyyətini daha yaxşı anlasınlar”.(APA)

Chosen
10
5
herbiand.az

6Sources