EN

Lavrov Putini piz vəziyyətdə qoydu: dünyanı təəccübləndirən tələb

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ukrayna ilə bağlı son açıqlamaları Avropada birmənalı qarşılanmayıb. XİN başçısı Avropa ölkələri və ABŞ-la yanaşı, Rusiya və Çinin də Ukraynanın təhlükəsizliyinə zəmanət verən ölkələr arasında yer almasını tələb edib.

Turkustan.az xəbər verir ki, bu barədə “Bloomberg”in məqaləsində qeyd olunur.

Nəşr yazır ki, hələ avqustun 21-də Ukrayna Prezidenti Volodimir Zelenski Çinin təhlükəsizlik qarantı kimi çıxış edə bilməcəyini dedi. Zelenski Pekinin müharibənin başlamasından sonra Kiyevə deyil, Moskvaya dəstək verdiyini vurğuladı. Bu səbəbdən Lavrovun tələbi sülh danışıqlarını çətinləşdirir.

Adı açıqlanmayan bir neçə yüksək səviyyəli Avropa rəsmisi “Bloomberg”ə bildirib ki, Rusiya XİN başçısının açıqlaması sülhü qəsdən pozma cəhdi kimi qiymətləndirilir. Lavrovun bəyanatları Rusiya Prezidenti Vladimir Putinin sülh niyyətini şübhə altına alır.

Agentliyin mənbələri həmçinin Kremlin Ağ Evi Ukraynaya təhlükəsizlik zəmanəti vermək ideyasından imtina etməyə inandırmağa çalışa biləcəyini yazıb. O cümlədən, Moskvanın Putin-Zelenski danışıqlarını dəstəkləmədiyi, ABŞ-ın tətbiq etdiyi sanksiyaları aradan qaldırmaq üçün sadəcə iki ölkənin aşağı səviyyəli rəsmilərin görüşünü təşkil etməyə cəhd göstərəcəyi qeyd olunur./Globalinfo.az

Chosen
4
3
turkustan.az

4Sources