EN

Müəllimlərin rifahı təhlükədə - Onlara güzəştli ev və kreditlər verilsin

Son illərdə müşahidə olunan əsas problemlərdən biri müəllimlərin sayının azalmasıdır. Bu prosesin bir neçə səbəbi var. Əsas səbəblərdən biri kişilərin daha yüksək maaşlı işlərə üstünlük verməsi və müəllimlik peşəsinin əvvəlki dövrlərdə olduğu kimi prestijli hesab olunmamasıdır.

Bu fikirləri deputat Ceyhun Məmmədov AzEdu.az-a danışarkən bildirib.

Müəllimlik peşəsinin prestji azalır

"Əvvəllər müəllimlik ən hörmətli və nüfuzlu peşələrdən biri sayılırdı. Hazırda isə bu status zəifləyib. Burada əsas amillərdən biri maaşdır. Digər tərəfdən, maaşdan əlavə də bu prosesə təsir göstərən mühüm faktorlar var.

Son illərdə sertifikasiya ilə bağlı müəyyən dəyişikliklər edilib və nəticədə sertifikasiyadan keçən müəllimlərin maaşında artım müşahidə olunur. Lakin bu artım bütün müəllimləri əhatə etmir. Müəllimlərin əksəriyyəti hələ də maaş artımını ciddi şəkildə hiss etmir. Ona görə də sertifikasiyanın ümumi təsirini yalnız müəyyən müddətdən sonra görmək mümkün olacaq.

Müəllimlərin nüfuzunu qorumaq və rifah halını yaxşılaşdırmaq istiqamətində əlavə addımlar atılmalıdır. Məsələn, müəllimlərə güzəştli evlərin verilməsi, kredit imkanlarının yaradılması və digər dəstək mexanizmləri bu prosesə müsbət təsir göstərə bilər".

Chosen
15
azedu.az

1Sources