EN

Məlahət İbrahimqızı onunla bağlı yayılan feyk məlumata münasibət bildirdi- ÖZƏL

Son günlər bəzi sosial şəbəkələrdə Millət vəkili, əslən Qərbi Azərbaycandan olan Məlahət İbrahimqızı haqqında feyk xəbərlər yayılır. Həmin feyk xəbərlərdə iddia olunur ki, guya Məlahət İbrahimqızı Azərbaycanda yaşamış ermənilərə son 30 il üçün pensiya müavinətinin verilməsi təklifi ilə çıxış edib.

Məsələni aydınlaşdırmaq üçün Məlahət İbrahimqızı ilə əlaqə saxladıq. News365.az -a açıqlamasında o təəssüflə bildirdi ki, bəzi sosial media səhifələrində və Tiktokda onun adından yanlış, çox təxribatçı məlumatlar yayılır:

“Bu hadisədən çox üzülürəm və həmin adamlara demək istəyirəm ki, onlar mənim adımdan nə qədər təxribatçı və yalan məlumatlar yaysalar da Azərbaycan ictimaiyyəti buna inanmayacaq. Çünki uzun illərdir ki, ictimaiyyət, xüsusilə də seçicilərim məni  yaxşı tanıyır.

Guya ki, mən Tiktokda və yaxud hansısa sosial media təmsilçisinə demişəm ki, Azərbaycanda olan ermənilərə 30 ilin pensiyasını verməliyik. Bu çox gülünc və cəfəng bir iddiadır.Axı mən əslən Qərbi Azərbaycandanam. Və mənin bütün yaxınlarım və qohum-əqrəbam 1987-1991-ci illərdə Qərbi Azərbaycandan qovulublar. Bizim dədə-bababmız yüzilliklər boyu o torpaqlarda yaşayıb, yaradıb. Həmin müddətdə hər birimiz özümüzə layiqli mal-mülk yaratmışdıq. Çox təəssüf ki, ötən əsrin 80-ci illərində bütün maddi-mənəvi sərvətlərimiz erməni vandalları tərəfindən dağıdılıb, mənimsənilib. Hələ qətl edilən qohum əqrəbalarımızı demirəm. Bu qədər dəhşətləri yaşayan bir insan kimi iddia edilən fikirləri söylməyim  mümkünsüzdür.Eyni zamanda bəzi insanların nə qədər cılız, böhtançı və troll olması da çox üzücüdür. Sonuncu dəfə Qərbi Azərbaycandan 300 minə yaxın soydaşımız ən ağır şərtlərlə qovulub. Onların çoxu quru canlarını ancaq götürüb gəlib. Belə bir vəziyyətdə mənim və yaxud hansısa azərbaycanlının iddia edildiyi kimi fikir bildirməsi həqiqətən ağılasığmazdı. Bu ancaq böhtan ola bilər”.

Deputa həmin təxribatçılara demək istəyir ki, bu cür ləyaqətsiz yolla getməsinlər, trolluq etməsinlər:

“Bu trollar o qədər çirkli işlərlə məşğuldurlar ki, mənim kimə və harada müsahibə verdiyim göstərilmir.Mənbə göstərilmədiyi halda əhalinin həssas qrupu arasında belə şər-böhtanın yayılması heç cürə qəbul edilməzdir, özbaşnalıqdır”.

News365.az  

 

Chosen
14
news365.az

1Sources