EN

Abdulkadir Uraloğlu Zəngəzur dəhlizi üçün tarixi addım barədə danışdı

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Qars-Iğdır-Aralık-Dilucu dəmiryol xətti Zəngəzur dəhlizinin əsas komponenti olacaq. Bu gün dəmiryol xəttinin ilk qazıntısına başlanılıb".

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "Haber Global"a bildirib.

"Xəttimiz Qars, Digor, Tuzluca, Iğdır, Aralık və Dilucudan keçərək Naxçıvan tərəfə, oradan da davam edərək Zəngəzur dəhlizi ilə Azərbaycan tərəfinə keçəcək. Söhbət illik təxminən 5.5 milyon sərnişin və 15 milyon ton yükdaşıma qabiliyyətinə malik dəhlizdən gedir", - Uraloğlu vurğulayıb.

Daha ətraflı videoda:

Abdulkadir Uraloğlu Zəngəzur dəhlizi üçün tarixi addım barədə danışdı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
2
oxu.az

3Sources