EN

Deputat: "Kimlərsə mənim adımdan provokativ məlumatlar yayır" - Məlahət İbrahimqızı "pensiya xəbəri"ni təkzib etdi

"Son vaxtlar bəzi sosial media platformalarında, xüsusilə də TikTok-da trol fəaliyyəti göstərən kimlərsə mənim adımdan əsassız və yalan dolu provokativ məlumatlar yayırlar".

Mia.az xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı SOSİAL MEDİA HESABINDA YAZIB.

"Bu xəbərə görə guya mən Azərbaycandan getmiş ermənilərə 30 il pensiya verilməsini təklif etmişəm. Bu, tamamilə böhtan və absurd iddiadır. Mən, Məlahat İbrahim qızı, əslən Qərbi Azərbaycanlıyam. Ailəmin 1987–1991-ci illərdə erməni vandalları tərəfindən mülk və evləri qəsb edilmiş və Qərbi Azərbaycandan qovulmuş yüzminlərlə soydaşlarımızdan biriyəm. Belə bir acı tarixi yaşamış bir insanın bu cür fikir söyləməsi mümkün deyil.

Bu yalanları yayan şəxslərə bir daha xatırlatmaq istəyirəm: provokativ, böhtan xarakterli və troll yazılarından əl çəksinlər. Azərbaycan ictimaiyyəti, eləcə də mənim seçicilərim uzun illərdir mənim mövqeyimi tanıyır və bu cür yalanlara və saxta məlumatlara heç vaxt inanmayacaq".

Samir

MİA.AZ

Chosen
22
13
mia.az

10Sources