EN

Ermənistanda qətl törətməkdə şübhəli bilinən rusiyalı iş adamı saxlanılıb

Rusiyanın İrkutsk vilayətinin boks federasiyasının keçmiş prezidenti Sergey Silko 2003-cü ildə dörd nəfəri qətlə yetirməkdə şübhəli bilinərək Ermənistanda saxlanılıb.

Bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb.

Qeyd olunub ki, iş adamı 1998-2003-cü illərdə törətdiyi digər cinayətlərdə, o cümlədən hədə-qorxu ilə tələb etmə və itkin düşmələrdə şübhəli bilinir. 2024-cü ilin aprelində o, qiyabi olaraq dövlətlərarası axtarışa verilib və saxlanılacağı təqdirdə barəsində iki ay müddətinə qiyabi həbs qətimkan tədbiri seçilib. Silko tezliklə Rusiyaya ekstradisiya olunacaq.
 


Chosen
66
7news.az

1Sources