EN

"Penguin” boya zavodundakı yanğına7 təcili tibbi yardım briqadası cəlb olunub


Bu gün saat 11:00 radələrində Abşeron Rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə yanğının baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Medicina.az -a bildirlib ki, çağırış əsasında ilkin olaraq 7 təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.

Xatırladaq ki, bu gün səhər saatlarında Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.



Chosen
50
5
medicina.az

10Sources