AZ

Abşerondakı yanğına 7 təcili tibbi yardım briqadası cəlb OLUNUB

Bu gün saat 11:00 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə yanğının baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-ya bildirilib ki, çağırış əsasında ilkin olaraq 7 təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Abşeronda boya istehsalı zavodundakı yanğın məhdudlaşdırılıb – YENİLƏNİB/VİDEO


Xatırladaq ki, bu gün səhər saatlarında Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bizim.Media

Seçilən
48
5
bizim.media

10Mənbələr