EN

Bakı və Abşeronda oğurluq edənlər tutuldu

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Abşeron rayonunda oğurluq hadisələri qeydə alınıb. Naməlum şəxs ayrı-ayrı vaxtlarda rayon ərazisində iki vətəndaşa məxsus avtomobildən mobil telefonlar və məişət əşyaları oğurlayıb.

DİN-dən "Cebheinfo.az"-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməllərini törətməkdə şübhəli bilinən 22 yaşlı S.Rəcov müəyyən olunaraq saxlanılıb.

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə paytaxt sakinini aldadaraq telefonunu ələ keçirən və onun mobil tətbiqindən 1450 manat pul oğurlayan əvvəllər məhkum olunmuş 33 yaşlı C.Yusifova da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
13
cebheinfo.az

10Sources