"Qarabağ"dan ayrılan Marko Veşoviçin yeni komandası məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, təcrübəli futbolçu karyerasını Xorvatiyada davam etdirəcək. O, "Lokomotiva" (Zaqreb) klubuna qoşulub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
M. Veşoviç 2021-ci ildən "Qarabağ"da çıxış edirdi. Çernoqoriyalı cinah müdafiəçisi Ağdam təmsilçisində 134 oyuna çıxıb, 5 qol vurub və 16 məhsuldar ötürmə verib.