EN

İkardiyə şok xəbər: Vanda Naraya məhkəmədə uduzdu

"Qalatasaray"ın hücumçusu Mauro İkardinin keçmiş həyat yoldaşı Vanda Naranın açdığı aliment işi başa çatıb.

Publika.az xəbər verir ki, məhkəmə ulduz futbolçunun əleyhinə qərar verib və onun aliment ödəməsinə hökm çıxarıb. Bu qərar İkardi üçün maddi yük deməkdir və proses mətbuatda da işıqlandırılıb.

Naranın şikayəti Buenos Ayresin 106-cı Mülki Məhkəməsinə təqdim edilib. Məhkəmə 110 min dollarlıq uşaq alimenti ilə yanaşı, əlavə olaraq 3 min 500 dollarlıq faiz və xərclərin də ödənilməsinə qərar verib.

Argentina mətbuatında yayılan xəbərə görə, ölkə qanunlarına əsasən, borclu elan edilən şəxs Argentinaya qayıtdıqda borcunu məhkəmədə ödəmədən ölkəni tərk edə bilməz.

Chosen
46
publika.az

1Sources