EN

Astarada oğul anasını öldürdü

Astarada qətl hadisəsi baş verib.

Məlumata görə, 1978-ci il təvəllüdlü Məhəbbət Nurəddin qızı Qasımovaya 4 bıçaq zərbəsi endirilib.

İlkin məlumata görə, onu oğlu Astara şəhər sakini, 1999-cu il təvəllüdlü Murad Kazım oğlu Kazımzadə aralarında yaranmış mübahisə zəminində bıçaqlayıb.

Hadisə qısqanclıq zəminində baş verib. Meyit müayinə olunması üçün morqa təhvil verilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Chosen
22
14
turkustan.az

10Sources