Astarada anasını qətlə yetirən saxlanılıb.
Bu barədə News24.az-a DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 26 yaşlıü Murad Kazımzadə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
***
Astarada qətl hadisəsi baş verib.
News24.az Unikal-a istinadən xəbər verir ki, Astara şəhərində qeydiyatda olan 1999-cu il təvəllüdlü Murad Kazım oğlu Kazımzadə aralarında yaranmış mübahisə zəminində anası, 1978-ci il təvəllüdlü Məhəbbət Nurəddin qızı Qasımovaya 4 bıçaq zərbəsi yetirərək onu qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.