Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hakimiyyətinin onun Putinlə görüşünün baş tutmaması üçün əlindən gələni etdiyini deyib.
Gununsesi.info xəbər verir ki, Zelenski bu fikirləri bu gün NATO Baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında bildirib.
“Biz ruslarla görüşə hazırıq, ancaq birbaşa üçtərəfli formatda görüş daha arzuolunandır”, – deyə Zelenski vurğulayıb.
Daha sonra o, əlavə edib ki, Ukraynanın ruslarla heç bir razılaşması olmayıb.
“Razılaşma yalnız Trampla olub və bu gün o, Putini dayandıra biləcək yeganə adamdır”, – Zelenski qeyd edib.
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.