AZ

Zelenski: Rusiya hakimiyyəti mənim Putinlə görüşümün baş tutmaması üçün hər şey edir

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hakimiyyətinin onun Putinlə görüşünün baş tutmaması üçün əlindən gələni etdiyini deyib.

APA xəbər verir ki, Zelenski bu fikirləri bu gün NATO Baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında bildirib.

“Biz ruslarla görüşə hazırıq, ancaq birbaşa üçtərəfli formatda görüş daha arzuolunandır”, - deyə Zelenski vurğulayıb.

Daha sonra o, əlavə edib ki, Ukraynanın ruslarla heç bir razılaşması olmayıb.

“Razılaşma yalnız Trampla olub və bu gün o, Putini dayandıra biləcək yeganə adamdır”, – Zelenski qeyd edib.

Seçilən
21
9
apa.az

10Mənbələr