EN

Lənkəranda qadının üzərinə beton hasar aşdı

Ajans.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaş - 1964-cü il təvəllüdlü Brilyant Davud qızı Babayevanın fərdi yaşayış evinin beton piltədən ibarət hasarının uçması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Chosen
13
10
Ajans.az

10Sources