EN

Nikol Paşinyan: Ermənistan vətəndaşları Şuşaya turist kimi səfər edə bilərlər

ABŞ-nin paytaxtı Vaşinqtonda 3-lü bəyannamə ilə Ermənistan-Azərbaycan barışı rəsmiləşdi.

Ermənistanın Baş naziri Nikol Paşinyan, paytaxt İrəvanda keçirdiyi mətbuat konfransında Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan üçtərəfli bəyannaməyə toxunub.

Jurnalistlərin suallarını cavablandıran Paşinyan, üçtərəfli bəyannamənin Türkiyə ilə Ermənistan sərhədinin açılmasına səbəb olub-olmayacağı barədə suala belə cavab verdi:

“İmzalanan bəyannamənin iki tərəfi var: Ermənistan və Azərbaycan. Lakin investisiya layihələri prosesi sürətləndirə bilər. Biz Türkiyə ilə birbaşa danışıqlar aparırıq. Əlbəttə, regional layihələrin və yeni sərmayələrin təsiri olacaq. Amma gördüyünüz kimi, bəyannamənin iki tərəfi var və ABŞ Prezidenti Donald Tramp buna şahid qismində imza atdı.”

Ermənistan-Türkiyə sərhədinin bir vaxt açılacağına ümidli olduğunu bildirən Paşinyan deyib:

“Ümid edirəm və əminəm ki, bir vaxt Ermənistan-Türkiyə sərhədi də açılacaq.”

“ERMƏNİSTAN VƏTƏNDAŞLARI ŞUŞANI ZİYARƏT EDƏ BİLƏR”

Paşinyan, regional nəqliyyat bağlantılarının açılmasının bir Ermənistan vətəndaşının Şuşanı ziyarət edə bilməsi anlamına gəlib-gəlmədiyi barədə suala isə belə cavab verib:

“Bəli, sülh şəraitində hər kəs hər yerə turist kimi gedə bilər.”

Ermənistanın Sünik inzibati bölgəsindən keçərək Azərbaycanın Naxçıvanla birləşdirilməsi nəzərdə tutulan yola da toxunan Paşinyan deyib:

“ABŞ tərəfindən nəzarət edilməyəcək, sadəcə istismar olunacaq.”

Chosen
13
aznews.az

1Sources