Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyənin Qara dənizdə təhlükəsizliyi təmin edən ölkələrdən biri ola biləcəyini açıqlayıb.
Editor.az xəbər verir ki, UNİAN agentliyinin məlumatına görə, Zelenski bu bəyanatı NATO-nun baş katibi Mark Ryutte ilə keçirdiyi mətbuat konfransında səsləndirib.
“Qarşılıqlı dəstəyin aydın arxitekturası olmalıdır. Dənizdə təhlükəsizliyi təmin edən ölkələr var, məsələn, Türkiyə”, – deyə dövlət başçısı bildirib.
Eyni zamanda Zelenski qeyd edib ki, hazırda bütün maraqlı ölkələrin Ukraynanın təhlükəsizliyini necə təmin edəcəyi barədə danışmaq tezdir.
//Samir Qurbanov, Editor.az