EN

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib » AzadMedia.az


Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fabrikdə baş verən yanğında 6 kişi tüstüdən zəhərlənib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 6 kişi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi yardım göstərildikdən sonra amulator müalicə üçün evə buraxılıblar.

Onlardan birinə sağ əlin yanığı, birinə isə özünü pis hiss etməsi səbəbi ilə yerində tibbi yardım göstərilib.
Chosen
54
10
azadmedia.az

10Sources