Bu gün riyaziyyat, informatika, fransız dili, rus dili, ingilis dili, Azərbaycan dili və ədəbiyyat, texnologiya, fiziki tərbiyə, musiqi və Azərbaycan dili fənləri üzrə müsahibələr təşkil edilib.
Teleqraf xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.
Müsahibələrin ikinci gününə 977 nəfər dəvət olunub.
Xatırladaq ki, namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.