EN

Zelenski Rusiyanı ittiham etdi - müharibəni bitirmək istəmir 

Rusiya müharibəni bitirmək istəmir, o, ultimatumlar vermək, müharibənin bitməsini təxirə salmaq istəyir.

Bakıvaxtı.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 22-də NATO-nun baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında bildirib.

"Rusiya müharibəni bitirmək istəmir. O, ultimatumlar vermək, ultimatumlar sayəsində bu müharibənin bitməsi imkanını təxirə salmaq istəyir", - V.Zelenski bildirib.

O qeyd edib ki, Rusiya tərəfi ABŞ Prezidenti Donald Trampın sanksiyalar tətbiq etməməsi üçün hər şeyi edir.

V.Zelenski, həmçinin ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətinə qoşulmasının vacibliyini vurğulayıb.

Chosen
112
50
bakivaxti.az

10Sources