AZ

Zelenski: Rusiya Putinlə görüşə qarşı çıxmaq üçün hər şeyi edir

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Moskva hökuməti Rusiya prezidenti Vladimir Putinlə potensial görüşün baş tutmaması üçün “hər şeyi” edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Zelenski bu barədə paytaxt Kiyevdə görüşdüyü NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında bildirib.

Moskva hökumətinin müharibənin bitməsini gecikdirmək üçün davamlı olaraq yeni ultimatumlar irəli sürdüyünü bildirən Zelenski, “Rusiya Putinlə görüşün baş tutmaması üçün hər şeyi edir” deyib.

Rusiyadan fərqli olaraq Ukraynanın liderləri ilə görüşməkdən çəkinmədiyini deyən Zelenski, “biz mümkün qədər səmərəli işləməyə hazırıq”,- deyə qeyd edib.

Zelenski, Moskvanın müharibəni bitirmək istəyini nümayiş etdirmədiyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməli olduğunu qeyd edərək, əlavə edib: “ABŞ-dən onların irəliləməyə hazır olduqlarına dair güclü siqnallar alırıq, Avropa və koalisiyaya daxil olan digər ölkələr də yardım etməyə hazırdır və buna görə minnətdarıq”.

Seçilən
46
50
operativmm.az

10Mənbələr