EN

Ukrayna-Azərbaycan oyununun yeri dəyişdirildi

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri dəyişdirilib.

Modern.az xəbər verir ki, AFFA-nın məlumatına görə, D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də baş tutacaq görüş Krakov şəhərinin “Krakoviya” stadionuna təyin edilib. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Qeyd edək ki, daha əvvəl oyunun Vrotslav şəhərindəki “Tarçinski Arena”da keçirilməsi planlaşdırılırdı.

Chosen
10
30
modern.az

10Sources