EN

Stres ürəyi dağıdır?

Kardioloq Yevgeni Kokin xəbərdarlıq edib ki, stress ürəyə gündəlik zərbə vurur və nəticədə ürək sağlamlığı üçün ciddi təhlükə yaradır.

E-saglam.az xəbər verir ki, o, “İzvestiya”ya açıqlamasında sinir gərginliyinin ürək-damar sisteminə mənfi təsirini izah edib.

Həkimin sözlərinə görə, stress zamanı yüksələn adrenalin və kortizol hormonları ürək döyüntüsünü sürətləndirir, damarları daraldır və qan təzyiqini kəskin artırır. Bu isə hipertoniya riskini yüksəldir və nəticədə infarkt və insult təhlükəsi yaradır.

Kokin əlavə edib ki, stress ürək ritminin pozulmasına da səbəb ola bilər. Aritmiya isə bəzən daha ağır nəticələrə, hətta ürəyin dayanmasına gətirib çıxarır.

O həmçinin bildirib ki, xroniki gərginlik damar divarlarında iltihabı artırır, onları zəiflədir və ürək çatışmazlığına zəmin yaradır.

Həkimin sözlərinə görə, stressin daha bir təhlükəsi qan laxtalanmasının artmasıdır. Kortizolun yüksəlməsi qanın qalınlaşmasına səbəb olur ki, bu da tromb yaranması üçün əlverişli şərait yaradır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
5
e-saglam.az

1Sources