“Füzuli və Arxadağ şəhərləri arasında qardaşlaşma əlaqələrimizin yaradılması mədəni və humanitar əməkdaşlıq üçün yeni imkanlar açır”.
Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşdə səsləndirib.
Azərbaycan-Türkmənistan münasibətlərinin yüksəliş dövrünü yaşadığını vurğulayan dövlətimizin başçısı əlavə edib: “Biz bu münasibətlərin bütün sahələrdə inkişafı üçün birgə səylərimizi davam etdirəcəyik”.