EN

Rıdvan Yılmaz Türkiyə nəhəngi ilə anlaşdı

“Beşiktaş” yetirməsi olan Rıdvan Yılmaz İstanbul klubuna geri dönür.

Fanat.Az xəbər verir ki, tərəflər arasında 3+1 illik müqavilə barədə razılıq əldə olunub. Bu barədə xəbəri məşhur jurnalist Yağız Sabuncuoğlu yayıb.

Gənc müdafiəçi bu axşam saat 22:45-də İstanbulda olacaq və tibbi müayinədən keçdikdən sonra rəsmi olaraq “Beşiktaş”a qoşulacaq.

Rıdvanın doğma klubuna dönüşü "ağ-qaralar"ın azarkeşləri üçün böyük sevinc yaradıb.

Qeyd edək ki, futbolçu ötən mövsümü Şotlandiyanın "Reyncers" klubunda keçirib.

Kamil Xudiyev

Chosen
48
1
fanat.az

2Sources