EN

Alimlərdən Antarktidada iqlim dəyişikliyinin ciddi nəticələri barədə xəbərdarlıq

Bakı. Trend:

Beynəlxalq elmi tədqiqatlar Antarktidada baş verən sürətli iqlimdəyişiklikləri ilə bağlı ciddi təhdidlərin olduğunu üzəçıxarıb.

Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, qitədə buzlaqların sürətlə əriməsi, dənizsəviyyəsinin qalxması və ekosistemdə dərin dəyişikliklərin artıqmüşahidə olunur.

Avstraliyalı alim Nerilie Abram və onun rəhbərlik etdiyitədqiqat qrupu bu prosesi “rejim dəyişikliyi” adlandırır. Alimlərinqənaətincə, bu dəyişikliklər qlobal iqlim sisteminə zəncirvaritəsir göstərərək qlobal çevrilmə reaksiyalarını işə sala bilər. Ənriskli bölgələrdən biri Qərbi Antarktida buzlağıdır. Onun tamçöküşü dəniz səviyyəsinin 3 metrdən çox artmasına səbəb ola vəsahilyanı şəhərləri təhlükə altına sala bilər.

Tədqiqatda bildirilir ki, Antarktida ətrafında okeansirkulyasiyasının zəifləməsi müşahidə olunur. Bu proses dünyaokeanlarında istilik, oksigen və qida maddələrinin yayılmasınamənfi təsir göstərir və okeanın karbon qazını udma qabiliyyətiniazaldır.

Chosen
43
5
az.trend.az

8Sources