EN

La Liqada yeni rekord

“Real” İspaniya La Liqasının yeni rekordunu müəyyən edib.

“Opta”nın məlumatına görə, Madrid klubu 1-ci turda “Osasuna”ya qalib gəlməklə (1:0) ilk turlarda məğlubiyyətsiz ardıcıl mövsümlərin sayına görə İspaniya çempionatının rekordunu yeniləyib. “Real” 17 ildi La Liqanın ilk turlarında məğlub olmur.

Komanda sonuncu dəfə 2008/09 mövsümünün əvvəlində “Deportivo”ya uduzub (1:2).
“Real”ın əvvəlki rekordu 1961-77-ci illər arasında – ardıcıl 16 mövsüm olub.

Chosen
45
1
football-plus.az

10Sources