EN

Güləşçimiz erməni rəqibinə qalib gələrək, dünya çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.

“İki sahil” xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib.

Rəqibini 12:5 hesabı ilə məğlub edən A.Cavadov dünya çempionu olub.

Chosen
6
14
ikisahil.az

10Sources