EN

DİQQƏT VACİB XƏBƏR! Ən yaxşı  məktəbli formalarını əldə etmək üçün....

Hər il olduğu kimi bu il də yeni tədris ilinin başlaması ilə əlaqədar məktəbli formalarına tələbat artmaqdadır. Bəs bu il məktəbli geyimlərinin qiymətində ötən illərlə fərq varmı? Həmçinin bu geyimlərin daha keyfiyyətlisini necə müəyyənləşdirmək olar? Məktəbli formalarının əsas satış nöqtələri hansı ünvanlardadır? Bu ilki məktəbli formaları ilə bağlı hansı yeniliklər gözlənilir?




Mövzu ilə bağlı Bakı Tikiş Evinin Şöbə müdiri Etibar Əzimov Referans-a açıqlamasında bildirib ki, iyul ayının 1dən yeni qiymətlər qüvvəyə minib, o cümlədən qısaqol köynəklər 12₼-dən 8₼-ə, uzunqol köynəklər 12₼-dən 10₼-ə, şalvar və ətəklər 20₼-dən 15₼-ə və jaketlər 30₼-dən 20₼-ə düşüb. Bunların hamısında ortalama 18% ilə 33% arasında qiymət endirimi olub.


Şöbə müdiri deyib ki, bizim satış mərkəzlərindən satılan məktəbli formalarının əvvəla 1 il zəmanəti var.  İkincisi bunlar Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmuş, göstərilmiş parçalardan istehsal olunub. Çünki həmin qərarla bütün köynəklər 100% pambıq materialdan olmalıdır. Şalvar və ətəklər 60% yun, 40% polyester olmalıdır. Həmin qərara uyğun bu materialları, pambıq parçanı Özbəkistandan alıb gətiririk, bu köynəkləri burda tikirik. Şalvar və ətəklərin materialını isə Belarusiya və Türkiyədən alıb gətiririk. Bunların həm sertifikatı, həm də zəmanəti var.


Etibar Əzimov onu da diqqətə çatdırıb ki, hazırda bazarda böyük miqdarda keyfiyyətsiz məktəbli formaları çıxarılıb satılır. Hər yerlərdə - təsadüfi yerlərdə, ayaqüstü, bazarların girişində, çıxışında, avtobus dayanacaqlarında, hətta elə meyvə-tərəvəz dükanı var ki, orda da məktəbli formaları satılır. Özü də çox ucuz qiymətə təqdim edirlər - 2₼, 3₼, 5₼. Belə məktəbli formaları aydındır ki, keyfiyyətli ola bilməz və onu bir dəfə geyindikdə uşaqlarda həm allergiya, dəri xəstəliyi ola bilər, həm də onların ömrü çox qısa olur. Bir dəfə yuyulan kimi öz keyfiyyətini itirir və tullanılmalı olur. Ona görə yenidən gəlib BTE-dən alırlar. "


Etibar Əzimov valideynlərə tövsiyyə edərək bildirib ki, təsadüfi yerlərdən heç bir şey almasınlar. Əgər məhslunun qiyməti 2 azn-dirsə məlum məsələdir ki, bu keyfiyyətli ola bilməz. Ancaq bəzi valideynlər bu məsələni araşdırmadan gedib bu ucuz məhsulları alır və uşaqları belə təhlükə ilə üz-üzə qoyurlar. Bizim məsləhətimiz odur ki, valideynlər alanda qoy fabrik istehsalı olan malları alsınlar, mənşəyi bilinməyən parçadan, zirzəmi şəraitində tikilən məktəbli formalarına üz tutmasınlar, çünki bu az ömürlü və keyfiyyətsiz olur.


"Məktəbli formalarının modelləri modellər nazirlər kabineti tərəfindən təsdiq olunur və onu heç kim dəyişə bilməz, dəyişiklik edə bilməz. Bu barədə yalnız nazirlər kabinetinin özü qərar verir, özüdə dəyişiklik edir, başqa heç kimin buna ixtiyarı yoxdur",- deyə Bakı Tikiş Evinin Şöbə müdiri qeyd edib.

Məmmədov Hüseyn

Referans

Chosen
12
referans.az

1Sources