EN

Azərbaycan güləşçisi DÜNYA ÇEMPİONU OLDU

Ajans.az xəbər verir ki, mundialda bu gün yunan-Roma güləşçiləri arasında ilk medalçılar bəlli olub. 60 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Cavadov finalda ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib.12:5 hesabı ilə qalib gələn idmançımız dünya çempionu olub. Yığmamız bununla turnirdə ilk qızıl medalını qazanıb.

Qeyd edək ki, sabah iki yunan-Roma güləşçimiz medal uğrunda yarışacaq.

Chosen
1
21
Ajans.az

10Sources