AZ

Güləşçimiz erməni rəqibini məğlub etdi - Dünya çempionu oldu

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.


Manset.az xəbər verir ki, mundialda bu gün yunan-Roma güləşçiləri arasında ilk medalçılar bəlli olub.

    60 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Cavadov finalda ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib.12:5 hesabı ilə qalib gələn idmançımız dünya çempionu olub.

    Yığmamız bununla turnirdə ilk qızıl medalını qazanıb.

    Qeyd edək ki, sabah iki yunan-Roma güləşçimiz medal uğrunda yarışacaq.

    Seçilən
    15
    21
    manset.az

    10Mənbələr