ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Bakının Binəqədi rayonunda aparılan yol təmiri ilə bağlı işlər sürücülər və hərəkətin digər iştirakçıları üçün ciddi problemə çevrilib.
Avtosfer.az xəbər verir ki, aylardır davam edən təmir prosesi səbəbindən yolların vəziyyəti ağırdır və hərəkət etmək xeyli çətinləşib.
Sürücülərin sözlərinə görə, bu yolda hərəkət etmək çətinləşdiyi üçün bəzi sürücülər hətta səkiyə çıxmağa məcbur olur. Alternativ yolların və marşrutların olmaması vəziyyəti daha da gərginləşdirir. İstər Sumqayıtdan gələn ictimai nəqliyyat vasitələri, istərsə də rayon daxilindən şəhərin mərkəzinə hərəkət edən avtobuslar uzunmüddətli tıxacda qalır. Bu da həm sürücülərin, həm də sərnişinlərin vaxt itkisinə və narahatlığına səbəb olur.
Vətəndaşlar bildirirlər ki, yolun çəkilişi həddindən artıq ləng aparılır və məsul qurumların işə laqeyd yanaşması vəziyyəti daha da dözülməz edib. Onların fikrincə, belə işlər qısa müddətdə yekunlaşdırılmalı, sakinlərin gündəlik hərəkəti üçün normal şərait yaradılmalıdır. Yolda gedən uzunmüddətli təmir işi sürücülərin nəqliyyatında da texniki nazaslıqlar yaradır.
Hazırda isə sürücülər sual edir: “İşçilər məsuliyyətsizdir, yoxsa yolun təmiri həqiqətən bu qədər uzun çəkməlidir?”
Fidan
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.