EN

"Putin dedi ki, olmaz" - Lukaşenko

Vladimir Putin münaqişəni həll etməkdə qərarlı olduğu üçün Kiyevdəki dövlət obyektlərini “Oreşnik” raketi ilə vurmaqdan imtina edib. 

"Unikal" xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko açıqlayıb. 

"Putin dedi: Olmaz. Əgər onlar "Oreşnik"lə atəşə tutsaydılar, orada heç nə qalmazdı", - deyə Lukaşenko bildirib. 

Belarus lideri vurğulayıb ki, Avropa Donald Trampın Rusiya ilə Ukrayna arasında sülh razılaşmasına nail olmasına mane ola bilməyəcək. Onun fikrincə, Ukrayna hakimiyyəti öz ölkələrini xilas etmək üçün bu gün dirənməlidir. 

Ağarza Elçinoğlu 

Chosen
31
2
unikal.az

10Sources