AZ

"Dünyada yeganə baş nazirəm ki..." - Paşinyan Qarabağdan danışdı

"Mən yeddinci sinifdən Qarabağ hərəkatında iştirak etmişəm. Baş nazir kimi təcrübəmdən və təhlillərimdən gəldiyim nəticə ondan ibarətdir ki, Qarabağ hərəkatını davam etdirməməliyik. Bunu parlamentin kürsüsündən də demişəm". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib. 

O, bu bəyanatı 2025-ci ilin martında verdiyini xatırladıb: "Sonra mən elan etdim ki, Ermənistan Respublikasını bu yolla aparacağam və əgər Ermənistan Respublikasının vətəndaşları hesab edirsə ki, bu belə olmamalıdır, mən özüm də vətəndaşları inqilab etməyə çağırıram. Mən güman edirəm ki, dünyada vətəndaşın hökumətin strategiyası ilə razılaşmadığı bir halda inqilaba çağıran ilk və yeganə baş nazirəm. 

Vətəndaşlar o inqilabı ona görə etməyiblər ki, onlar da mənim kimi başa düşüblər ki, bu qərarı vermədən sülh nə praktiki, nə də nəzəri cəhətdən mümkün deyil.

Təəssüf ki, uzun müddət və bəlkə də əvvəldən bizdən fərqli olaraq, Qarabağ hərəkatı ilə bağlı başqalarının təsəvvürü fərqli idi və onlar başa düşdülər ki, Ermənistanın suverenliyinə, dövlətçiliyinə, müstəqilliyinə, rifahına nail olmaq üçün bundan istifadə etmək çox əlverişli bir rıçaqdır". 

Paşinyan qeyd edib ki, sülh dövrü gəlib çatıb: "Ermənistan Respublikasının vətəndaşları sülhün bərqərar olması faktını məmnuniyyətlə qəbul ediblər və bunu təsdiqləyən çoxlu məlumatlar var, bunu təkzib edəcək fakt yoxdur".

Ağarza Elçinoğlu 

Seçilən
30
2
unikal.az

3Mənbələr