Renato Veyqa “Çelsi”ni tərk edib.
"Football-plus.az" xəbər verir ki, o, “Vilyareal”a qoşulacaq. İspaniya klubu 22 yaşlı oyunçu üçün 29,5 milyon avro ödəyib. Bundan əlavə, London təmsilçisi futbolçunun gələcək satışından da qazanc əldə edəcək.
Renatonun “Çelsi” ilə müqaviləsinin müddəti 2031-ci ilə qədər idi.