Misli Premyer Liqasının II turunda "Sumqayıt" "Qarabağ"a 1:0 hesabı ilə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Saşa İliç fikirlərini bölüşüb:
"Azərbaycandakı ən yaxşı komandaya qarşı oynadıq. Bugünkü yaxşı nəticəni əldə etmək istəyirsinizsə, gərək bəxtiniz də olsun. Qarşımızda olan hədəfə çatmaq üçün bizə daha 3 oyunçu lazım olacaq. Bilirəm ki, "Qarabağ" bizə qarşı əsas heyətlə oynamırdı. Qarşıdan Çempionlar Liqası matçı gəlir. Mən ümid edirəm ki, "Qarabağ" ÇL-də liqa mərhələsinə vəsiqə qazanacaq".
Qeyd edək ki, "Sumqayıt" 2 turdan sonra turnir cədvəlində 6 xalla liderdir.