Ajans.az xəbər verir ki, bu bəyanatla ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, püşkatmanın paytaxtda keçirilməsi böyük şərəfdir. "Bu, idman aləmində qeyri-adi hadisədir, ən böyük yarışdır. Biz dünyanın ən yaxşı idmançılarını burada, xalqımızın mədəniyyət mərkəzində qəbul etməkdən qürur duyuruq". Tədbirdə Trampın fenomenal iş görən çalışqan insan kimi təqdim edən FİFA prezidenti Canni İnfantino da iştirak edib. FİFA prezidenti bildirib ki, Ağ Evə gətirdiyi Dünya Kubokunu yalnız qaliblər və dövlət rəhbərləri toxuna bilərlər.
Xatırladaq ki, futbol üzrə 23-cü dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada təşkil ediləcək.