ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının püşkatma mərasimi dekabrın 5-də Vaşinqtondakı Con Kennedi adına İfaçılıq sənətləri mərkəzində keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bunu Ağ Evdə çıxışı zamanı ABŞ prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, püşkatmanın paytaxtda keçirilməsi böyük şərəfdir.
“Bu, idman aləmində qeyri-adi hadisədir, ən böyük yarışdır. Biz dünyanın ən yaxşı idmançılarını burada, xalqımızın mədəniyyət mərkəzində qəbul etməkdən qürur duyuruq”.
Tədbirdə Trampın fenomenal iş görən çalışqan insan kimi təqdim edən FİFA prezidenti Canni İnfantino da iştirak edib. FİFA prezidenti bildirib ki, Ağ Evə gətirdiyi Dünya Kubokunu yalnız qaliblər və dövlət rəhbərləri toxuna bilərlər.
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.