Zirədə yolda açıq qalan lükə görə avtomobilə zərər dəydi.
Bu barədə görüntülər BAKU.WS-ə daxil olub.
Bildirilib ki, bu ərazi Xəzər rayonu Zirə qəsəbəsində Eko Parkın yanında Cəlal Əliyev küçəsidir.
Bu küçəyə döngə zamanı avtomobil yolunun ortasında ağzı açıq vəziyyətdə olan bu lükün qarşısına iri daş parçası qoyulub. Bu isə özü avtomobillər üçün başqa bir təhlükə mənbəyidir.