Yəmənin "Ənsar Allah" hərəkatının husiləri İsrailin hava hücumundan müdafiə sistemlərini keçərək hipersəs ballistik raketdən istifadə etməklə Ben Qurion hava limanına zərbə endiriblər.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə üsyançı qüvvələrin sözçüsü Yəhya Sariya bildirib.
Onun sözlərinə görə, əməliyyat məqsədinə uğurla nail olunub və hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.