Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 2-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda son çempion PSJ doğma meydanda “Anje” ilə qarşılaşıb. Paris təmsilçisi bu oyunda 3 xalı tək qolla qazanıb.
2-ci turun qalan görüşləri avqustun 23-də və 24-də keçiriləcək.
Fransa, Liqa 1
2-ci tur
22 avqust
PSJ – Anje 1:0
Qol: F.Ruis, 50.
23 avqust
19:00. Olimpik (Marsel) – Paris
21:00. Nitsa – Oser
23:05. Olimpik (Lion) – Mets
24 avqust
17:00. Loryan – Renn
19:15. Havr – Lans
19:15. Strasburq – Nant
19:15. Tuluza – Brest
22:45. Lill – Monako