EN

Suriyada yeni əskinaslar buraxılacaq

Alıcılıq qabiliyyəti azalan Suriya funtu gücləndirilir. SİA xəbər verir ki, 2011-ci ildə müharibə başlayandan bəri Suriya funtu öz dəyərinin 99 faizindən çoxunu itirib. Hazırda 10 min funt 50 dollardır.

“Reuters” agentliyinin məlumatına görə, valyutanın kəskin ucuzlaşması gündəlik əməliyyatları və pul köçürmələrini əhəmiyyətli dərəcədə çətinləşdirib.

Ailələr adətən həftəlik ərzaq alış-verişini çəkisi 500 qrama çatan 5 min funt-sterlinqlə ödəyirlər (hazırda bu ən yüksək nominaldır).

Əməliyyatları asanlaşdırmaq və pul sabitliyini yüksəltmək məqsədilə Suriya Mərkəzi Bankı avqustun ortalarında özəl banklara sıfırları silərək yeni valyuta buraxmaq niyyətini bildirib.

Funtun dəyərinin yüksəlməsi üçün parlamentin təsdiqinə ehtiyac olub-olmayacağı hələ bəlli deyil. Suriyada yeni qanunvericilik məclisinə ilk seçkilər sentyabr ayında keçiriləcək.

Yeni əskinasların buraxılışı hökumətə dövriyyədə olan nağd pula daha yaxşı nəzarət etməyə imkan verəcək.

Chosen
18
8
sia.az

10Sources