EN

ABŞ-yə tədarük edilən mebellərə rüsumlar tətbiq oluna bilər

Vaşinqton administrasiyası digər ölkələrdən ABŞ-yə mebel tədarükü ilə bağlı araşdırma aparır və araşdırmadan sonra bu məhsullara rüsumlar tətbiq olunacaq.

“Report”un xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da məlumat verib.

Onun sözlərinə görə, hakimiyyət ABŞ-yə gətirilən mebellərə görə rüsumlarla bağlı genişmiqyaslı araşdırma aparır:

“Araşdırma yaxın 50 gün ərzində yekunlaşacaq və digər ölkələrin ABŞ-yə tədarük etdiyi mebellərə rüsumlar tətbiq olunacaq, onların məbləği hələ müəyyən edilməyib”.

Trampın sözlərinə görə, bu, mebel biznesini Şimali Karolina, Cənubi Karolina, Miçiqan və digər ştatlara qaytaracaq.

Hazırda ABŞ-yə ən böyük mebel ixracatçıları Çin, Vyetnam, Kanada və Meksikadır.

Chosen
14
report.az

1Sources