EN

Şimali və Cənubi Koreya sərhədində ATIŞMA

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

"Report"un Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, bunu Koreya Xalq Ordusunun (KPA) Baş Qərargah rəisinin müavini Ko Conq Çol deyib.

Onun sözlərinə görə, avqustun 19-da Koreya Respublikasının hərbçiləri cənub sərhəd xətti yaxınlığında 12,7 mm-lik iriçaplı pulemyotdan 10-dan çox xəbərdarlıq atəşi açıblar. O qeyd edib ki, bu insident ABŞ-Cənubi Koreya “Ulchi Freedom Shield” təlimləri fonunda baş verib.

“Bu cür hərəkətlər nəhəng silahlı kontingentin qarşı-qarşıya dayandığı cənub sərhəd bölgəsindəki vəziyyəti idarəolunmaz vəziyyətə gətirə biləcək çox narahatedici əlamətdir və ordumuz hazırkı vəziyyəti diqqətlə izləyir”.

O, izah edib ki, KXDR cənub sərhədini bağlamaq və ərazinin demarkasiyası üçün maneələr qurur və bu, son nəticədə heç kimə təhlükə yaratmır. General əlavə edib ki, Pxenyan ən azı iki dəfə - iyunun 25-də və iyulun 18-də Koreya Respublikası Silahlı Qüvvələri üzərində nəzarəti əlində saxlayan Amerika tərəfini aparılan işlər barədə xəbərdar edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
61
4
www.bakupost.az

10Sources