Avstriyanın “Rapid” (Vyana) klubunun mərkəz yarımmüdafiəçisi Mamadu Sanqare bundan sonra “Lans”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən xəbər verir.
Liqa 1 təmsilçisi bu transferi 8 milyon avroya rəsmiləşdirib. 23 yaşlı malili futbolçu ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.
Mamadu Sanqare peşəkar karyerasına “Zalsburq”da başlayıb. O, bu klubda olarkən “Liferinq”, “Qratser”, “Sulte Varegem”, “Hartberq” kimi komandalarda icarədə də olub. “Rapid” yarımmüdafiəçini ötən ilin yayında “Zalsburq”dan 1,7 milyon avroya transfer etmişdi. Malili futbolçu Vyana klubunun heyətində 50 oyuna çıxıb, 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
Malinin U-23 yığmasında da oynamış Sanqare 2024-cü ildə əsas millidə debüt edib. O, Mali yığmasının heyətində 6 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

