AZ

Karni Çukvuemeka “Borussiya”da qaldı - “Çelsi”nin qazancı

“Çelsi”nin hücumameyilli yarımmüdafiəçisi Karni Çukvuemeka London klubunu birdəfəlik tərk edərək Dortmund “Borussiya”sına keçib.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, “Borussiya” 2025-ci ilin əvvəlində 2,4 milyon avroya icarəyə götürdüyü yarımmüdafiəçinin transfer hüquqlarını da alıb. Bundesliqa təmsilçisi bunun üçün “Çelsi”yə daha 20 milyon avro ödəyib. 21 yaşlı futbolçu ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.

Xatırladaq ki, Çukvuemeka “Borussiya”da icarədə oynadığı müddət ərzində bütün yarışlarda 17 oyun keçirib, 1 qol vurub.

Karni Çukvuemeka “Aston Villa”nın yetirməsidir. “Çelsi” onu 2022-ci ilin avqustunda 18 milyon avro qarşılığında heyətinə qatmışdı. Əslən Nigeriyadan olan ingiltərəli futbolçu “zadəganlar”ın heyətində cəmi 32 oyuna çıxıb, 2 qol və 1 assistlə yadda qalıb.

İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Çukvuemekaya əsas millidə ehtiyac duyulmayıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
3
arena.az

1Mənbələr