EN

“Javelin” tank əleyhinə raket komplekslərinin Avstraliyaya satışı təsdiqlənib

ABŞ Dövlət Departamenti 97.3 milyon dollar dəyərindəki “Javelin” tank əleyhinə raket komplekslərinin Avstraliyaya satışını təsdiq edib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, sifarişə 161 ədəd “Javelin” kompleksinin və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sözügedən sifarişin baş podratçısı ABŞ-ın “RTX Corporation” və “Lockheed Martin” şirkətlərinin birgə müəssisəsi olan “Javelin JV” olacaq.

Chosen
8
poliqon.az

1Sources