EN

Simonyan Bakı ilə razılaşmadan danışdı: İndi daha çox dərk edirik

Son hadisələr Ermənistan üçün yeni tarixi imkanlar yaradıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Son hadisələr (Azərbaycanla sülh sazişinin paraflanması və nəqliyyat dəhlizlərinin açılmasına dair razılaşma – red.) dövlətimiz üçün yeni tarixi imkanlar yaradıb, Ermənistanın müstəqilliyi və suverenliyini daha da möhkəmləndirib. Bu gün biz müstəqilliyimizin, suverenliyimizin dəyərini hər zamankindən daha çox dərk edirik. Müstəqilliyimizi möhkəmləndirən, ölkəmizi inkişaf etdirmək, vətəndaşlarımızın layiqli həyatını təmin etmək imkanı verən sülhdür”, - spiker bildirib.

Chosen
22
6
axar.az

8Sources